Oğluma xitab (Cəfər, ey rahəti-rəvani-pədər)(Seyid Əzim Şirvani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Oğluma xitab Müəllif: Seyid Əzim Şirvani |
Cəfər, ey rahəti-rəvani-pədər,
Güli-xoşətri-gülsitani-pədər.
Sədəfi-təbimin səmin gühəri,
Vermə bir kimsəyə, yaman xəbəri.
Bülbül ol, ver bahardan müjdə,
Cüğd tək xəlqi etmə pəjmürdə.
Farsidə bu fərdi bir dana
Eyləyibdir nəsihət ilə əda:
“Bülbüla, müjdeyi-bəhar biyar,
xəbəri-bəd bebumi-şum güzar”.