Oğrulardan da bədəxlaq qumarbazlardır
Görünüş
Oğrulardan da bədəxlaq qumarbazlardır Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Oğrulardan da bədəxlaq qumarbazlardır,
Çünki bu firqədə onlar kimi cür’ət yoxdur;
Gərçi bunlarda da, onlarda da vicdana görə
Sə’yü namusü həya, hümmətü qeyrət yoxdur.