Olmasaydı qəmi-eşqin dili-viranımda
Görünüş
Olmasaydı qəmi-eşqin dili-viranımda Müəllif: Seyid Əzim Şirvani |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Olmasaydı qəmi-eşqin dili-viranımda,
Saxlamazdım onu bu izzət ilə yanımda.
O qara xalı mənə versələr qanın içərəm,
Nə üçün mənzil edib arizi-cananımda.
Tutanı müshəfi-rüxsarüvi ol kafər xət,
Görünür gör nə xələllər mənim iymanımda.
Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,
Bu nə rəftardır ol sərvi-xuramanımda?
Düşəni xublərin könlümə fikri, Seyyid,
Əlli Yusif tapılar külbeyi-əhzanımda.