On yeddi (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
On yeddi Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 172 |
Bir ağacda üç budaq var, beş gilə
Cəm eylədim, oldu bağı on yeddi.
On yeddi bəndi var, on yeddi camı,
Hərdən nuş eylər sağı on yeddi.
On yeddisi durub dəsbədəs bütün,
Onyeddisin allam istəsəm satın.
On yeddi ləngərdi, otuz dörd sütun,
Otuz dörd sütunun tağı on yeddi.
Altmış səkkiz qulu nuri-dirəxşan,
On yeddiyə xidmətkardı hər zaman,
Gah enir, gah qalxır, gətirir fərman,
Qarası bir olub, ağı on yeddi.
On yeddisi əldə tutubdu sazı,
On yeddisi elər qumru avazı,
On yeddisi gözəl nəqş edir yazı,
Yazılan işərtli çağı on yeddi.
Novrəs İman on yeddiyə qul olmuş,
On yeddisi mənlə dilbədil olmuş,
On yeddi dərvişə bir mənzil olmuş,
Şölə verən var çırağı on yeddi.