Məzmuna keç

Onlar ki, edir hörmətü namusunu təqdis

Vikimənbə saytından
Onlar ki, edir hörmətü namusunu təqdis (1910)
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Onlar ki, edir hörmətü namusunu təqdis –
Bir digərinin irzinə eylərmi xəyanət?
Dersəm ki, zinakarlərin qeyrəti olmaz,
Olmazmı mənim işbu sözüm eyni həqiqət?!