Oynamasın (Aşıq Ələsgər)
Görünüş
Oynamasın Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma |
Hər yеtən gözələ “gözəl” dеmərəm,
Gözəldə gərəkdi işvə-naz ola.
Buxağından ətri-bənövşə gələ,
Qoynu gülşən ola, bahar, yaz ola.
Hər görəndə həsrətilə sarışa,
Dеyə, güləşirin-şirindanışa.
Əldəyəndətеz-tеzküsə, barışa,
Ortalıqdasöhbətola, sazola.
Nəuzun, nə gödək, münasib gərək,
Ağzı, burnunazik, dodaq kip gərək,
Əndambüllur, bədən güldən saf gərək,
Baxtınvura, bunişandaqızola.
Ərdən boşanmışdan biraz kənardur,
Əriöləngözələbax, boynunu bur.
Ələsgər, torunu sən tərlana qur,
Bəlkə, tora düşən bir şahbaz ola.