Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl-hüda
Görünüş
Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl-hüda Müəllif: Məhəmməd Füzuli |
Ya mən əhatə elmükəl-əşya’ə külləha→ |
Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda![1]
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Eşqdir ol nəş’eyi-kamil kim, ondandır müdam
Meydə təşviri-hərarət, neydə tə’siri-səda.
Vadiyi-vəhdət, həqiqətdə, məqami-eşqdir
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.
Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi
Aşiqi mə’şuqdən, mə’şuqi aşiqdən cüda.
Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et!
Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?
Eşq kilki çəkdi xət hərfi-vücudi-aşiqə
Kim, ola sabit həq isbatında nəfyi-maəda.
Ey Füzuli, intihasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida.
Qeydlər
[redaktə]- ↑ Eşq aşiqlər üçün hidayət yolunu işıqlandırdı.