Qaradağlılar/Xəlifələr

Vikimənbə saytından
Təmişli oymağı Qaradağlılar. Xəlifələr
Müəllif: Ənvər Çingizoğlu
Yeganlı oymağı


Qaradağda qərar tutan Toxmaqlı oymağının nümayəndələri sonralar Xəlifə soyu adlandılar. Bu soyun adlı-sanlı nümayəndələri haqqında geniş söhbət açmışıq. Digər üzvləri barəsində isə bu yazımızda danışacağıq. Xəlifə və yaxud Xülafa tayfasının adamları Qaradağın çeşidli yerlərində yaşayırlar. Dizmar mahalının Duzal, Astmal, Üştibin, Xərvənə, Aşağı Kənar kəndlərində, Əhər şəhərində, Azğan kəndistanında və digər şenliklərdə dövran sürən Xəlifə tayfasının əhalisini arayıb-axtarıb üzə çıxarmışıq. Xəlifə tayfasından çıxan ünlü soylar: Xürrəmilər, Vəzirilər, Vüsuqilər, Əmirilər, Səlimilər, Səburilər, Paşapurlar və başqaları.