Məzmuna keç

Qaz və durna

Vikimənbə saytından
Qaz və durna
Müəllif: Seyid Əzim Şirvani


Bir göl içrə üzürdü bir yekə qaz,
Özünə fəxr edib uzatdı boğaz.
Dedi: - Mən bir əcibə cür bir quşam,
Üç hünər var məndə, xeyli xoşam.
Üçaram göydə, həm suda üzərəm,
Quru yerdə boyun çəkib gəzərəm.
Bəs mənəm quşların şahənşahi.
Durna oldu bu nəqlin agahi.
Dedi: - Axmaqlığında yoxdur şəkk,
Qamətindir diraz, əql gödək.
Göydə tərlan tək üçmağın varmı,
Ya maral kimi qaçmağın varmı?
Bir balıq tək üzərmisən sudə,
Nədi bu göftguyi-bihudə?
Qaz utandı o göldə durnadən.
Vaqif ol, ey oğul, bu mənadən.
Yəni bir elmə daim ol talib,
Zifən ol zifünunədir qalib
Kişi bir sənəti bilər xalis,
Çoxuna meyl edən qalar naqis.