Qeyrət

Vikimənbə saytından
Qeyrət
Müəllif: Mirzə Ələkbər Sabir


Bu gün aləmi-mətbuatı-islamdə nəşr olunan qəzetlərin hansı bir nömrəsidir ki, onda islamiyyətin tədənnisindən bəhs edilib tərəqqi və təalisinə milləti-islam tərğib və təhris olunmasın? Zənni-axizanəmə görə bunca tərğib və təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlər qeyrəti-islam edəcək və namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-millət oluna bilər.
Hər halda adini tərəqqiyi-islam qoyduğumuz şu vəzifeyi-müqəddəsəni mətlub bir surətde əncamə irişdirməkdən ötrü şüari-islamiyyətimizin intişarına qeyrət və qerəti-milliyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə tərəqqisi denilməkdən maəda, tədənni də deyil, hətta islamiyyətin və qeyrəti-islamiyyətin nistü nabud olmağına aşkar bir səbəb olduğu həqiqətdən kənar deyil, zənn ediyorum.
Pəs boylə olan surətde şəriəti-ğərrayi-Məhəmmədi göstərdiyi əvamiri əxz və nəvahini tərk edib hədisi-şərif “iza ləm yəğurrül-rəcul fəhuvə mənkusəl-qəlb” məzmununca qeyrətsizlikdən mənkusə-qəlb olmağa tənəzzül etməyib, irzi-islami mühafizə etməkle bərabər elmi-islami təhsil edib, zəminindeq dəxi ülumi-dünyəviyyə və əlsinəyi-əcnəbiyyəni əxz etməliyiz ki, həm dünya cəhətincə və həm axirət cəhətincə tərəqqi edib, məsud ve bəxtiyar olaq.