Qeyri sinayə

Vikimənbə saytından
Qeyri sinayə
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 112-113

Beş gəlmə sin ilən bir lam içində
On dörddü cəmində qeyri sinayə.
Aşıq dildə sinayə,
Üç nisbətdi sin ayə.
Yeddi beşlən mücəssəm,
İki tək bir sin ayə.
Səkkiz onu istər biri lam içində,
Bir qətrəsi olur qeyri sinayə.
 
Dildə əzbər, əldə ləngər bir ayə,
On səkkizdən iyirmidi bir ayə.
Aşıq oxur bir ayə,
Dörd mənzildi, bir ayə.
Altıdan beşi çıxdım,
Yerdə qaldı bir, ayə.
Şux camaldan zikr elədim bir ayə
O üç kəlmə bənzər qeyri sinayə.

Səd sal, seyr elə sən seyri-yasində,
Bir gülə təşbehdi seyri-yasində.
Aşıq seyri-yasində,
Könül seyri-yasində.
Qırx kənarda, altı əldə,
Ruhum seyri-yasində.
İman qəm bəsləyir seyri-yasində,
Üç gülə bəstəyəm, qeyrisi nayə?