Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Əsr surəsi

←Ət-Təkasur surəsi Quran. Əl-Əsr surəsi

Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
Əl-Huməzə surəsi→

0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Qur’anın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f.) İlahi hökümətinin zühur dövrünə) ki,
2. Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir,
3. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa.