Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Fatihə surəsi

Vikimənbə saytından
Quran. Əl-Fatihə surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Bəqərə surəsi


1 Bağışlayan və mehriban Allahın adı ilə.
2 Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
3 (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.
4 Cəza gününün sahib və hökmdarına.
5 (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6 Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!
7 (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!