Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Fil surəsi

Vikimənbə saytından
Jump to navigation Jump to search
Əl-Huməzə surəsi Quran. Ət-Fil surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Qurəyş surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. (Ya Peyğəmbər!) Məgər (qəlb gözü ilə) görmədin və bilmədinmi ki, Rəbbinin fil sahibləri (Allahın evi Kə’bəni dağıtmaq üçün gəlmiş Əbrəhənin qoşunu ilə) necə rəftar etdi?!
2. Məgər (Rəbbin) onların məkr və hiyləsini puç etmədimi?!
3. Və onların üzərinə qatar–qatar quşlar göndərdi.
4. (O quşlar) onlara bişmiş gildən (xırda) daşlar atırdı.
5. Beləliklə, onların hamısını əzilmiş və çeynənmiş saman çöpü kimi etdi!