Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Ən-Nəsr surəsi

Vikimənbə saytından
Əl-Kafirun surəsi Quran. Ən-Nəsr surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əbu Ləhəb surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman,
2. İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman
3. Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir.