Məzmuna keç

Qurulubdur yenə meydani-həyahayi-süxən

Vikimənbə saytından
Qurulubdur yenə meydani-həyahayi-süxən
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 320. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Qurulubdur yenə meydani-həyahayi-süxən,

Yazılır şe’r, açılır pərdeyi-mə’nayi-süxən;

Şair olmaq hünərindən başı bibəhrə ikən

Girişib oğruluğa Mirzəli Ağayi-süxən;

Əşrəfin gündə birər danə rübaisi ilə

Özünü ədd ediyor şairi-danayi-süxən.

Nə gözəl söyləmiş ol Nəf’iyi1-ustadı-kəlam,

О böyük xazini-rövşəndilü kalayi-süxən:

"Sirqəti-şe’r edənə qət’i-zəban lazımdır,

Boylədir şər’i-bəlağətdə fətavayi-süxən".