Məzmuna keç

Rübailər (Vərqa və Gülşa)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Vərqa və Gülşa. Rübailər (1628/29)
Müəllif: Rüknəddin Məsud Məsihi
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Rübailər

Ey mǝrifǝtin baği-sǝhanın sǝmǝri,
Vey mǝkrǝmǝtin bǝhri-vüsudin göhǝri.
Vǝrqadǝdurur kǝmali-eşqin xǝbǝri,
Gülşadǝdurur sǝmali-hüsnün ǝsǝri.
 
Ey aşiqü mǝşuqǝ qoyan ǝndazǝ,
Sazǝndeyi-sünün ǝmǝl etmiş tazǝ.
Üşşaqidǝ Vǝrqayi düzübdür sazǝ,
Gülşayi qılıbdurur bülǝnd avazǝ.
 
Ey dust, mǝhǝbbǝtindǝ zar eylǝ mǝni,
Tövfiq qǝvafililǝ yar eylǝ mǝni.
Vǝrqa kimi eşqindǝ fikar eylǝ mǝni,
Gülşa kimi şövqindǝ hǝzar eylǝ mǝni.