Rəhm etmədi əhvalıma yarım belə keçdi
Görünüş
Rəhm etmədi əhvalıma yarım belə keçdi Müəllif: Seyid Əzim Şirvani |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Rəhm etmədi əhvalıma yarım belə keçdi,
Bir baxmadı ol nazlı nigarım bele keçdi.
Həngami-bahar oldu, işim beylə xəzandır,
Yarəb nə olur, çünki bəharım belə keçdi.
Gündüzdür işim nalə, gecə göz yaşı həmdəm,
0l zülfü rüx eşqində mədarım belə keçdi.
Saldım özümü payi-səməndine o şahın,
Lütf etmədi ol şahsüvarım bele keçdi.
Yar özgələrin məclisinin oldu çırağı,
Mən hicrdə qaldım şəbi-tarım belə keçdi.
Seyyid, o qarə gözlü mənim kəsdi qərarım,
Səhrayi-mehəbbətdə qərarım belə keçdi.