Riyakar abid
Görünüş
Riyakar abid Müəllif: Seyid Əzim Şirvani |
Abidi dəvət etdi bir sultan,
Ta ola xani-lütfünə mehman.
Dedi abid ki, bir dəvə yeyərəm,
Özümü mən zəif göstərərəm.
Çün görər zəfimi şəhi-dövran
Mənə eylər ibadət ilə güman.
Deyəcək kəsrəti-ibadətdən,
Abid olmuş zəif taətdən.
Etiqadi ziyad olur şahın,
Rəhməti izdiyad olur şahın.
Yedi ol bir dəva ki, qatil idi,
Dərzəman abidi həlak etdi.
Rəsmi-mərufdir ki, əhli-riya
Özünü dəhrdə edər rüsva.