Romeo və Cülyetta/Proloq

Vikimənbə saytından
Romeo və Cülyetta Proloq
Müəllif: Şekspir
Birinci pərdə


Xor gəlir.

X o r.
Veronada iki nəcib ailə
Köhnə ədavətlə alışdı, yandı.
Paxıllıq təzədən döndü gur selə,
Əllər qana batdı, qana bulandı.
Düşmən nəsillərdə cüt qoşa ulduz
Verdi ürəyini saf məhəbbətə.
Onların taleyi dönük, uğursuz
Həlakı son qoydu bu ədavətə.
Nakam aşiqlərin müdhiş ölümü,
Bədbəxt ataları titrədən fəsad,
Ağır peşmançılıq, bəxtin zülmü
Alar vaxtınızı ikicə saat.
Əgər tamaşaya diqqət versəniz,
Səhvsiz göstərməyə çalışarıq biz.

Xor gedir.