Məzmuna keç

Sədəqəsinnən

Vikimənbə saytından
Sədəqəsinnən
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 108

Nə gözəl, mənalı, oxu, sən də bax,
Bir qəzəl yazıbdı sədəqə "sin"nən.
Deyirlər gəzməyə gedirmiş ancaq
Ağa nökəriynən sədəqəsinnən.

Vəfalı yar, mənim meylim sənədi.
Min doqquz yüz iyrim səkkiz sənədi.
Qul olaram sənə, verrəm sənədi,
Əgər versən hüsnün sədəqəsinnən.
 
İman görüb saqi, qədəh, cəm elə.
Xaliq bir nəzərlə baxar cəm elə.
Otuz altıynan on yeddini cəm elə,
Səsləsən, səs verər səd ağa sinnən.