Bu səhifə korrektə edilib
Aşıq Ələsgərin bəzən bədbinçə parçaları olduğu kimi, dini məvhumatı təbliğ edən qoşmaları da vardır. Buna baxmayaraq, aşıq Ələskər son əsr aşıq ədəbiyyatının ən məşhur bir ustadıdır. Onun təsiri yalnız bu günkü aşıqlarda deyil, bunlar ilə bərabər bə’zi müasir şairlərə də keçmişdir. Aşıq Ələskərdə səlis və sadə bir ifadə vardır. Bu məcmuəyə düşən parçalar müxtəlif adamların ağızlarından toplandıqları üçün, içərisində ehtimal təhrif edilənləri də çoxdur. Buna baxmayaraq bu qoşmalar öz gözəlliklərini mühafizə edə bilməktədirlər.
Bizim gənc şairlərimiz dil e’tibarilə aşıq Ələskərdən çox istifadə edə bilərlər. Buna görə də biz bu kitabçanı nəşr edirik.