Məzmuna keç

Sələbiyyə/Biçarə tülkünün avara qalması hekayəti

Vikimənbə saytından
Başlanğıc Sələbiyyə Biçarə tülkünün avara qalması hekayəti
Müəllif: Məhəmməd Bağır Xalxali
Tülkünün xoşhal olması və fal açması
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Xülasə, çün məəttəl qaldı Rubah,
Töküb göz yaşı, çəkdi naləvü ah.

Qaçıb, səy eyləyib hər səmtgahə,
Tutub yüz, yollanıb hər şahrahə,

Edib çox hiyləvü əfsunü təzvir,
Qılıb salusü məkrü fikrü tədbir.

Gedib hər kuçəvü hər rəhgüzarə,
Girərdi hər evə, olmazdı çarə.

Məcaət dərdi aldı xəstə canin –
Ki, qoymub İsfəhanda girməmiş hin,

Xəyalında toyuq nəqşi çəkərdi,
Baxıb ol nəqşə göz yaşı tökərdi.

Görəndə göydə bir quş göz yumardı;
Gözünü yummasaydı, çün umardı.

Xoruz adın eşitsəydi birindən,
Çəkərdi seyhə, qalxardı yerindən,

Müəzzin səslənəndə göz açardı,
Xoruza bənzədib pərran qaçardı.

Xəyalinə düşəndə göy fəriklər,
Ətə guya ki, övrətlər yeriklər.

Yuxusuna əgər gəlsəydi cücə,
Oyanmazdı yuxudan ta ölüncə.

Keçərdi göylərə ahü füsusi,
Eşitsəydi əgər bani-xorusi.

Toyuq adın biri yerdə yazardı,
O ad altını min arşın qazardı.