Məzmuna keç

Sənəm, al (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sənəm, al
Müəllif: Növrəs İman
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Ey təzə şahbazım, həm sərvnazım,
Qulluğuna bir ərzim var, Sənəm, al!
Yolunda sadağa candı niyazım,
Layiq deyil qurban kəsəm sənə mal.

Götürmüşəm çox sağalmaz yara mən,
Qəm çəkərmi ləblərindən, yar, əmən!?
Layiq olsam qulluğunda yara mən,
Geydirərəm al üstündən, Sənəm, al.

Novrəs İman, günün gəldi nə qara!
Bad əsdi, zimistan oldu nə qara.
Çarxı-gərdiş yenə çaldı naqara,
Ay, gün kəmənd atdı, qurdu sənəm, al.