Səni (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Səni Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.87 |
Mərd olmaq istəsən, əlini qısma,
Daldan deyilənə çox qulaq asma,
Yatmış bir ilanın quyruğun basma,
Qəfildən qayıdıb çalacaq səni.
Ahıla, qocaya çox hörmət elə,
Zəlilə, yetimə inaət elə,
Qəribə, mehmana sən xidmət elə,
Nə əməl eyləsən, bulacaq səni.