Məzmuna keç

Soltanla qul əhvalatı

Vikimənbə saytından
Soltanla qul əhvalatı
Müəllif: Seyid Əzim Şirvani


Bir qulami-əcəm bir soltan
Gəştiyə oldular süvar haman.
Görməmişdi qulam dəryanı,
Titrətdi, etdi ahü əfğanı.
Nə qədər verdilər ona təskin,
Olmadı çarə, etdi ahü ənin.
Oldu soltanın işrəti dərhəm,
Xatiri-padşahə yetdi ələm.
Var idi kəşti içrə türfə həkim,
Dedi: - Ey sərvəri-fələk təzim,
Versən izin, ey sitarə-cüyuş,
Edərəm bu qulamı mən xamuş.
Dedi soltan ki, eyin-minnətdir,
Qayəti-lütfdür, kəramətdir.
Bəs buyurdu həkimi-pürmayə,
Atdılar ol qulamı dəryayə.
Bir neçə qutə vurdu sudə qulam,
Gəldi kəşti tərəf o siməndam.
Tutdu sukkani-kəştini möhkəm,
Ta çıxıb kəşti üzrə qoydu qədəm.
Tapdı aram ol mələkmənzər,
Gördü ol padşahi-gərdunfər
Dedi kim, ey güzüni-əhli-ədəb,
Bunun aramına nə oldu səbəb?
Dedi: - Bu görməmişdi dəryanı,
Eyləyirdi bu ahü əfğanı.
Elə kim, gördü qərq möhnətini,
Kəştinin indi bildi qiymətini.
Afiyət qədrini bildi o cavan,
Kim, ola bir bəladə əşkfəşan.