Stalinlə ixtilal xatirələri/Nəticə
←Moskvadan fərar | Stalinlə ixtilal xatirələri. Nəticə Müəllif: Məhəmməd Əmin Rəsulzadə |
Mənbə: Stalinlə ixtilal xatirələri. Məqalələr toplusu |
“Fantastik adamın fantastik karyerası”na aid özəlliklər gözdən keçirilincə
XII yüzil Yaxın ġərq ədəbiyyatının böyük Ģairi Gəncəvi Nizaminin “Həft peykər”
mənzuməsində təsvir olunan qızıl köynəkli bir demoqoq tipi göz önündə canlanır.
Son dərəcə gözəl bir rus prinsesi. Gözəlliyi nisbətində xudbin, qəddar və
müstəbid olan bu prinses özünə tilsimli bir qala tikdirmiĢ və orada qalmıĢdı.
Tilsimi qırıb, qalanı ala biləcək bir dəliqanlıya ancaq qovuĢacağam,
təĢəbbüslərində müvəffəq olmayan gənclərin isə baĢlarını kəsib qala divarına
asacağam, deyə elan etmiĢdi. Nəticədə minlərlə kəsik baĢ qala divarına
“bəzəmiĢdi”.
Camaatı həyəcana gətirən bu qəddarlığa qarĢı üsyan edən cəsur bir gənc
əyninə qırmızı bir köynək geymiĢ, qanlı prinseslə evlənmək üçün deyil, tökülən bu
qədər qanların intiqamını almaq məqsədilə üsyan bayrağı qaldırmıĢdı. Eqoist deyil,
altruist bir niyyətlə hərəkətə keçən igidin baĢına geniĢ bir xalq kütləsi toplanmıĢdır.
Nəticədə prinsesin tilsimli qalası alınmıĢ, qırmızı köynəkli qəhrəman müvəffəq
olmuĢdu. Fəqət o, sözünün üstündə durmamıĢ, qanlı prinseslə evlənmiĢ və taxta
çıxaraq, özünü qızıl çar elan etmiĢdi.
Stalin XII yüzil məsələsində təsvir olunan bu “qızıl çar”ın XX yüzildə rus
Ģərtləri daxilində yetiĢən real bir yarısıdır.
Dünyanın böyük bir parçasını Ģəxsi iqtidar və kontrolu altına alan bu
qorxunc adamın ehtirası bütün dünyanı hakimiyyəti altına almaq həddində idi.
Onun yeganə qayəsi insanı hər cür ideyalardan uzaq qalaraq yuxarıda adı keçən
fəhlə Peterburjetsin dediyi kimi hakimiyyətə ancaq hakimiyyət üçün gəlmək və
bütün dünyaya yaymaq idi.
O, rus imperializminin tarixi seyrinə hakim olan cahangirlik ənənəsinin ən
qəddar bir nümayəndəsi idi!