Sual-cavab (Mirzə Ələkbər Sabir)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sual-cavab
Müəllif: Mirzə Ələkbər Sabir


SUAL - CAVAB

- Görmə! – Baş üstə, yumaram gözlərim.
- Dinmə! – Mütiəm, kəsərəm sözlərim.
- Bir söz eşitmə! – Qulağım bağlaram.
- Gülmə! – Pəkey, şamu səhər ağlaram.
- Qanma! – Bacarmam! Məni məzur tut,
Boyləcə təklifi-məhalı unut!
Qabili-imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmuş atəşi-suzanını,
Qıl məni asudə, həm öz canını.

Mənbə[redaktə]

  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 208