Məzmuna keç

Təbaət

Vikimənbə saytından
Təbaət
Müəllif: Mirzə Ələkbər Sabir


- Sərmayeyi-irfanı nasıl kəsb edər insan?
- Təhsili ülum ilə olur rütbeyi-irfan

- Elm isə olur hansı məkandan bizə vasil?
- Məktəbdə kitab ilə olur səylə hasil.

- Ənvai-kütüb buldu nə mərkəzdə təzayid?
- Ol mətbəədən aləmə bəxş etdi fəvayid.

- Kəşf oldu kimin sayeyi-səyində bu sənət?
- Göstərdi Hotenberq bu sənətdə məharət.

- Kafi olub icrası üçün sərvəti barı?
- Məfluk olub icrayə varınca bu şiarı!

- Yetdi necə bəs mövqeyi-ikmalə bu sənət?
- Etdi iki sərvətli zəvat ilə şərarkət.

- Şirkətlə məgər boyləcə müşkül olur asan?
- Şirkətdədir icrayi-əməl, nəfi-firavan.

- Etsək nə olur biz də belə şirkətə iqdam?
- Sus, söylə bizə təfriqəni, ta edək əncam...

Mənbə

[redaktə]
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 293