Məzmuna keç

Tapmacanın tə’biri (Nə lap kiçik, nə çox da çox iridir")

Vikimənbə saytından
Tapmacanın tə’biri (Nə lap kiçik, nə çox da çox iridir")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 206. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Nə lap kiçik, nə çox da çox iridir,
Qarnı yoğun, boynu da dam tiridir,
Ruhu ölüb, nəfsi hələ diridir,
İnsaniyyət paltarının kiridir,
Məmdəlidir1, əskiklərin biridir!
Molla əmi, gör tapdım, ya tapmadım?!