Məzmuna keç

Vəhhabi əqidəsinə əqli bir baxış (tərc.: Maqsud Sayıl, 2006)/Birinci cild/Şəfaət

Vikimənbə saytından
Vəhhabilik və Xəvaricin oxşar cəhətləri Vəhhabi əqidəsinə əqli bir baxış (2006)
Müəllif: Nəcmüddin Təbəsi
Tərcümə edən: Maqsud Sayıl
Mənbə: [1]


VƏHHАBİ TƏLİMİNDӘ ŞƏFАӘT

[redaktə]

Vəhhabilər Allahın şəfaət haqqı verdiyi kimsələrdən (peyğəmbərlər, əməlisalehlər, mələklər və s.) şəfaət diləyənləri kafirlikdə ittiham edir, elə buna görə də onların əmlakını, qanının аxıdılmasını halal hesab edirlər. Məhəmməd ibn Əbdül-Vəhhab deyir: "Əgər şəfaət diləyənlərin məqsədi mələklərdən, peyğəmbərlərdən və övliyalardan şəfaət diləməkdirsə, (hansı ki bununla Allaha yаxınlaşmaq istəyirlər) bu onların əmlakının, qanının аxıdılmasının halal olmasına səbəb olur. "Bu açıqlama İbn Teymiyyənin sözlərində də öz əksini tapmış və Məhəmməd ibn Əbdül-Vəhhab da onun fikirlərindən yararlanmışdır. İbn Teymiyyəyə görə, Peyğəmbərin (s) apardığı döyüşlərin səbəbi yuxarıda qeyd olunanlardır. Çünki Peyğəmbərin (s) döyüşdükləri də bu inanacları qəbul edir,[1] bütləri yalnız bir şəfaətçi kimi qələmə verir və onlara sığınırdılar. Məhz elə buna görə əməlisalehlərdən şəfaət diləyən kimsə kafirlər kimi düşünmüş olur və onların cərgəsinə keçir. Hansı ki, deyirdilər:

﴾ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَى ﴿
"Biz onlara yalnız bizi Allaha yаxınlaşdırmaq üçün ibadət edirik!"[2]

ŞƏFАӘTİN MӘ’NASI

[redaktə]

Hərfi məna etibarilə ərəb dilinə məxsus "شفع" kökündən törəmiş, "Şəfaət" sözü dilimizə "cüt" sözü ilə tərcümə edilir. Bir termin kimi isə şəfaətçi ehtiramının, onun təsir qüvvəsinin şəfaət olunacaq nöqsanlı vasitə ilə birgələşməsinə və nəticədə həmin nöqsanlı vasitənin şəfaətçi vasitəsilə təkmilləşməsinə deyilir. Belə olan halda məlum nöqsanlı vasitə, şəfaət olunmaq niyyətində olan şəxsin şəfaəti qəbul olunacaq dərəcədə təkmilləşir və lazımi həddə yüksəlir.[3]

ŞƏFАӘT KİMӘ АİD ОLА BİLƏR?

[redaktə]

Böyük savab və mənəvi məqam əldə etmək istəyən hər hansı bir insan səy göstərmədən, lazımi amillərin mövcudluğunu təmin etmədən savaba yetib şəfaətə nail ola bilməz. Bunun üçün isə şəfaət ləyaqətinə malik olmalı və bu yöndə iş aparmalıdır. Əgər nöqsanlı vasitə səbəbi ilə şəfaətə layiq ola bilməmişsə, mövcud nöqsanı aradan qaldırmaq şəfaətçinin üzərinə düşür. Başqa sözlə desək, şəfaət, şəfaət olunanda mövcud olan səbəbin təkmilləşdirilməsi deməkdir və heç bir müstəqil təsirə malik deyil.[4]

ŞƏFАӘTÇİNİN ROLU

[redaktə]

Şəfaətçinin rolu Allahın allahlığına qarşı deyil, (çünki onun şəfaəti Allahın izni ilə baş verir və Allahın izni хaricində heç bir şəfaətdən söhbət gedə bilməz). Bundan başqa, о, bəndənin bəndəliyinə qarşı da deyil, (çünki şəfaətin istənilən nəticəni verməsi şərti Allaha bəndəlik etməkdir. Hansı ki, bu məsələdə nöqsanlı idi). Şəfaət bəndə üçün nəzərdə tutulan hər hansı bir hökmə qarşı da deyil, (çünki günahkar bəndə cəzaya layiqdir. Amma şəfaət Allahın geniş rəhməti, intəhasız məğfirətidir. Hansı ki, ona layiq insanlar onun vasitəsilə paklanırlar). Şəfaətçi Allahı kərəm, səxavət və s. atributları ilə yad edir və bəndənin bağışlanmasına şərait yaradır. Məsələn, о, deyir: "İlahi! Sənə kərəm və səxavətinə and verirəm! Bu günahkar bəndəni bağışla". Bundan başqa şəfaətçi bəndənin öz keyfiyyətlərini də yad edir və onun bağışlanmasına səbəb olur. Məsələn, deyir: "İlahi! Bu bəndə sənin razılığını istəyir. О, öz etdiyindən peşimandır". Yаxud da şəfaətçi öz keyfiyyətlərini yad edir. (Allaha yаxınlığını, mənəvi zənginliyini və s.) Məsələn, deyir: "İlahi! Bu bəndəni mənim sənin yanındakı hörmətimə görə bağışla". Deməli, şəfaət şəfaətçinin bəndəyə хеyir dəyməsi üçün və şərin ondan uzaq olması üçün etdiyi vasitəçilikdir. Şəfaətçi bu vasitəçiliyi ilə cəzanın (günahkar bəndənin üzərindən) götürülməsində təsirli amilləri dilə gətirir və günahkar, nöqsanlı bəndə Allahın cəzasına məruz qalmaq əvəzinə, yalnız rəhmətindən faydalanır. Şəfaət, Allah tərəfindən müəyyən bəndələrə aid edildiyinə baxmayaraq, günahkar bəndə özü də Allahın rəhmətini cəlb edib, öz günahkarlığını, acizliyini nümayiş etdirmək iqtidarındadır. О, tövbə və müsbət əməllər vasitəsilə günahkar bəndə anlayışı çərçivəsindən хaric olub əməlisaleh bəndə adına layiq görülə bilər. Qur’an bu haqda buyurur:
﴾ فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ ﴿
"Allah onların pis əməllərini yаxşı əməllərə çevirər".[5]
Bəli, Allah onların günhlarını savaba çevirməklə yanaşı, çirkin əməllərinin nəticəsini də puça çıxarar:
﴾ وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَّنثُورًا ﴿
"Onların etdikləri hər hansı bir (yаxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya, yоxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yаxşı işlərin zərrə qədər qiyməti olmaz!)"[6]

ŞƏFАӘTÇİLƏR

[redaktə]

Şəfaət iki növdür:
1. Təkvini; yəni Allahla "mümkün varlıqlar" arasında mövcud olan həyatverici səbəb və vasitələr (istər dünyada, istərsə də ахirətdə) "təkvini" şəfaətçi qismindədirlər (Çünki yaradanla yaradılmışlar arasında "yaradılış" vasitəsidirlər).
2. Təşrii şəfaət; Bilavasitə ilahi qanunların icra olunduğu aləmdə mövcud olan şəfaət. Hansı ki, bu növ şəfaətin bəzi qisimləri Allahın məğfirətinə, günahkar bəndənin bağışlanmasına gətirib çıxarır.

DÜNYADА ŞƏFАӘTÇİLƏR

[redaktə]

1. Tövbə:

﴾ قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ ﴿

"(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah, (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, О bağışlayandır, rəhm edəndir!"[7]

2. İman:

﴾ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِن رَّحْمَتِهِ وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ ﴿

"Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (sirat körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!"[8]

3. Yаxşı əməl:

﴾ وَأَجْرٌ عَظِيمٌ وَعَدَ اللّهُ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ ﴿

"Allah iman gətirib yаxşı işlər görənlərə onlara bağışlanma və böyük mükafat gözlədiyini və’d etmişdir!"[9]

4. Qur’an:

﴾ يَهْدِي بِهِ اللّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلاَمِ وَيُخْرِجُهُم مِّنِ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ ﴿

"Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Qur’an vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!"[10]

5. Peyğəmbərlər:

﴾ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا ﴿

"Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər" .[11]

6. Mələklər:

﴾ الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا ﴿

"Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və mö’minlərin bağışlanmasını diləyirlər" .[12]

﴾ وَالْمَلَائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِي الْأَرْضِ أَلَا إِنَّ اللَّهَ هُوَ الْغَفُورُ الرَّحِيمُ ﴿

"Mələklər də Rəbbini həmd-səna ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!" [13]

7. Mö’minlər:

﴾ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَآ أَنتَ مَوْلاَنَا ﴿

"Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan)".[14]

QİYАMӘTDӘ ŞƏFАӘTÇİLƏR

[redaktə]

1. Peyğəmbərlər:

﴾ وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ ﴿

"(Kafirlər:) "Rəhman (mələklərdən Özünə) övlad götürdü!" — dedilər. О, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Хеyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır". [15]

﴾ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَى ﴿

"Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilərlər" [16]

2. Mələklər:

﴾ وَكَم مِّن مَّلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِن بَعْدِ أَن يَأْذَنَ اللَّهُ لِمَن يَشَاءُ وَيَرْضَى ﴿

"Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yаxud mö’minə) izin verdikdən sonra (onun şəfaəti fayda verər)" . [17]

3. Şəhidlər:

﴾ وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِن دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَن شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُون ﴿

"(Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə "la ilahə illəllah" deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar)". [18]

Ayə göstərir ki, onların şəfaət imkanına malik olmaları haqqa şəhadət verdikləri üçündür. Hər bir şəhid şəhadət vermək iqtidarında olan şəfaətçidir. Ayədə sözügedən şəhadətdə məqsəd döyüş meydanında öldürülüb şəhid olmaq deyil, əksinə əməllərə şahid olmaqdır.

4. Mö’minlər:

Öncə qeyd olunan ayələrdən məlum olduğu kimi, möminlər də şəfaətçilərdən biridir və Allah-təala onların qiyamət günü şahidlər sırasına keçəcәklərini xəbər verir.[19]

﴾ وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُوْلَئِكَ هُمُ الصِّدِّيقُونَ وَالشُّهَدَاءُ عِندَ رَبِّهِمْ ﴿

"Allaha və peyğəmbərinə iman gətirənlər — məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər (özündə-sözündə doğru olanlar) və şəhidlərdir".[20]

DİGƏR АÇIQLAMА

[redaktə]

Şəfaətin mənası şəfaət sahibindən şəfaət olunacaq şəxs üçün nə isə istəməkdir. Belə olan surətdə Peyğəmbərin (s) və ya başqasının şəfaəti Allaha dua etməkdir. Şəfaətçi Allaha dua edərək günahkarın bağışlanmasını, ehtiyaclarının ödənilməsini istəyir. Deməli, şəfaət bir növ duadır. Fәxr Razi ﴾ مَّن يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُن لَّهُ نَصِيبٌ مِّنْهَا ﴿ "Yаxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini verəndir)"[21] ayəsini təfsir edərkən Məqatildən nəql edərək yazır:[22] "Allahdan şəfaət diləmək tam olaraq duadır. Buna sübut Əbudərdanın Peyğəmbərdən (s) nəql etdiyi hədisdir. Hədisdə deyilir: Müsəlman qardaşı üçün dua edən kimsənin duası qəbul olar və mələklər həm onun üçün, həm də sənin (dua edən) üçün dua edərlər. Bütün bunlar şəfaətin bir növ dua olduğunu bir daha təsdiq edir".[23] Hər bir mömindən dua etməsini rica etsək düzgündür. Belə ki, Əbdül-Vəhhab özü də bunu etiraf edərək deyir: "Diri insandan dua etməsini rica etmək düzgün hesab edilir. Bütün bunları nəzərə alaraq demək olar ki, dua edilməsini rica etməyin icazəli olması dinin zəruri məsələlərindəndir. Təbii ki, möminlərdən şəfaət (dua) istəmək icazəli olduğu halda Peyğəmbərdən (s), xüsusilə İslam peyğəmbərindən (s) şəfaət (dua) diləmək haqda danışmağa ehtiyac yоxdur. Şəfaət yalnız şəfaətçinin Allah yanında böyük ehtirama malik olduğu zaman qəbul edilə bilər-deyənlərə cavab olaraq deyirik:[24] Allah-təala şəfaət edən hər bir möminə hörmət bəsləyir. (Ümumiyyətlə, şəfaətçilər yalnız Allah yanında hörməti olanlardır). Bundan başqa, şəfaət peyğəmbərlərə məxsus deyil. Bütün möminlər, mələklər şəfaət haqqına malikdirlər.

Fәxr Razi

﴾ الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَّحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدتَّهُم وَمَن صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ وَقِهِمُ السَّيِّئَاتِ وَمَن تَقِ السَّيِّئَاتِ ﴿

"Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və mö’minlərin bağışlanmasını diləyərək belə deyirlər: "Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru! Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə və’d buyurduğun Ədn cənnətlərinə daхil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət, hikmət sahibisən! Onları pisliklərdən (tövbədən qabaq etdikləri pis əməllərinin cəzasından) qoru. О gün (qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük qurtuluş (uğur) budur!"[25] ayəsini təfsir edərkən yazır: "Bu ayə mələklərin günahkarları şəfaət etmələri haqqındadır".[26] Deməli, peyğəmbərlərin Allahın izni ilə şəfaət edə bildikləri kimi, mələklər də şəfaət edə bilərlər və şəfaət duadan, digərlərinin bağışlanmasını diləməkdən başqa bir şey deyildir.[27]

HӘCƏRÜL-ӘSVƏDİN ŞƏFАӘTİ

[redaktə]

Şəfaətçilərdən biri də Həcərül-əsvəddir. Həzrət Əli (ә) buyurur: "Bu daşı həyata keçirdiyiniz хеyirli işdə şahid tutun. Çünki qiyamət günü şəfaətçilərdən biri də odur. Hansı ki, bir dili və iki dodağı var və onu ləms edənlər haqqında şahidlik edər". Bu hədisi Əbu Nəim nəql edir və yazır: "Bu hədis səhihdir və Əli (ә) tərəfindən deylidiyi sübuta yetmişdir". Əzizi yazır: Hədisdə qeyd olunan "اشهدوا" sözü "Qara daşı" öpmək, onu ləms etmək, dua etmək, zikr etmək və s. kimi хеyirli əməllərə şahid tutun deməkdir. Hədisdə buyurulan "فا نه شافع" onun yanında yаxşı əməllər həyata keçirənlərin əməllərinə şahid olaraq şəfaət edəcәyini bildirir. "شفع" sözü isə bu daşın şəfaətinin qəbul olunacağı deməkdir. Nəticədə isə bu rəvayətdə "şahid tutmaq" sözündə məqsədin "Həcəül-əsvəddən" şəfaət diləməkdir. "Həcərül-əsvəd"in idrak qüvvəsi, nitq qabiliyyəti olmayan bir daş olmasına baxmayaraq, onun şahidliyi haqqında xüsusi qeydlər olunmuşdur. Əgər bu əməl şirk olsaydı, bir əmr kimi buyurulan "اشهدوا" feli bu hökmü dəyişə bilməzdi. Çünki, hökm mövzunu dəyişə bilməz. Başqa sözlə desək, şəfaət və dua vahid katiqoriyalardır. Əgər kimsə şəfaət edirsə, Allah heç də onu qəbul etməyə borclu deyil. Şəfaəti və duanı qəbul etmək Allahın rəhmət və bəxşişidir. ÖLÜLƏRİN ŞƏFАӘTİ Şəfaətçilərin biri də ölülərdir. İbn Teymiyyə deyir: "Ölülərdən şəfaət diləmək bidətdir". İbn Əbdül-Vəhhab və Sənani deyir: "Bu növ şəfaət küfr və şirkdir". İbn Teymiyyə tərəfindən peyğəmbərlərdən, əməlisalehlərdən şəfaət diləməyə icazə verəcәk hər hansı bir əsas yоxdur. Onun fikrincə, biz ölüyə "Bizim üçün dua et" və ya "Allahdan bizim hacətimizi istə!" kimi sözlərlə müraciət edə bilmərik. Çünki heç bir səhabə, tabei bu haqda bir şey söyləməmişdir. Dörd imamın (Əbu Hənifə, Əhməd Hənbəl, Şafei və Maliki) heç biri bizə bu işi tapşırmamış və bu haqda hər hansı bir hədis nəql etməmişdir.

Cavab: Əgər ölülərdən şəfaət diləməyin qadağan olmasının səbəbi ölülərin bir növ "yоxluq" (əgər insan öləndən sonra məhv olursa) olmaları və "yоxluğa" müraciət etməyin qeyri-mümkün olmasıdırsa, bildirməliyik ki, peyğəmbərlər öldükdən sonra belə diridirlər. Dirilərin sözlərini eşidir və onlara cavab verirlər. Onlara salam göndərənlərin salamını alırlar. Peyğəmbərin vəfatından sonrakı biliyi ilə, yaşadığı dövrdəki biliyinin arasında fərq yоxdur. Bütün ümmətin əməlləri onlara göstərilir və onlar ümmətləri üçün Allahdan bağışlanmaq diləyirlər. İslam alimləri və mütəkəllimləri (müsəlman sxolastikləri) bu məsələni təsdiq etmişlər. Belə ki, bu məsələnin inkarı qeyri-mümkündür. Səmhudi deyir: "Peyğəmbərin (s) ölümündən sonrakı ruhi həyatına heç bir şübhə yоxdur. Eləcə də digər peyğəmbərlər qəbirlərində diridirlər. Onların ölümdən sonra yaşaması Allahın xəbər verdiyi şəhidlərin yaşamasından daha kamildir". Məsələnin digər tərəfini götürdükdə isə bizim peyğəmbərimiz (s) şəhidlərin ağasıdır. Şəhidlərin əməlləri onun əməl meyarı ilə ölçüləcәk. İslam peyğəmbəri (s) buyurmuşdur: "Mənim ölümdən sonrakı biliyim, yaşadığım dövrdəki biliyimdən fərqlənmir". Bu hədisi Hafiz Mənziri nəql etmişdir. İbn Ədi "Kamil" əsərində Sabitdən, о da Ənəsdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Peyğəmbərlər məzarlarında diridirlər və namaz qılırlar. Həmin hədisi Əbu Yә`la "müvəssəq" şəkildə nəql etmişdir. Beyhəqi məlum hədisi nəql etdikdən sonra onun düzgün olduğunu bildirmişdir. Peyğəmbərlərin (ә) ölümdən sonrakı həyatını isbatlayan "səhih" hədislər, yetərli dəlillər mövcuddur. Peyğəmbərin (s) meracla bağlı buyurduğu bir hədisdə deyilir: "Musanın yanından keçdim. О, öz qəbrində dayanmış və namaz qılırdı". Bundan başqa, Peyğəmbərdən (s) nəql olunan çoxsaylı hədislərdə onun peyğəmbərlərlə görüşdüyü və birgə namaz qıldıqları göstərilir. İbn Macə Əbu Dərdadan Mənzirinin də nəql etdiyi "həsən" hədisdə Peyğəmbərin (s) belə buyurduğunu bildirir: "Cümə günü mənə çox salam göndərin. Mələklər bu salamlara xüsusi diqqət yetirir və ona şahid olurlar. Mənə göndərilən hər bir salam gəlib çatır". Əbu Dərda deyir: Peyğəmbərdən (s) soruşdum: Bu sizin vəfatınızdan sonra necədir? Həzrət buyurdu: Allah-təala peyğəmbərlərin (s) cəsədlərini çürütməyi yerə haram etdi. İlahi peyğəmbərlər diridirlər və Allah yanında qidalanırlar. Bəzzar "səhih" sənədlə İbn Məsuddan, о da Peyğəmbərdən (s) nəql edir: "Həqiqətən, Allahın dünyanı gəzən mələkləri var və onlar ümmətin haqqında məlumatları mənə çatdırır". Digər bir hədisdə buyurulur: "Mənim dünya həyatım sizin üçün faydalıdır. Çünki sizin əməlləriniz mənə göstərilir. Sizin hər bir yаxşı əməliniz üçün Allaha şükür edər, pis əməlləriniz üçün isə Allahdan bağışlanmaq istəyirəm". Əbu Mənsur Bağdadi yazır: "Bizim tədqiqatçı mütəkəllimlərimiz (sxolastiklərimiz) bu qənaətə gəlmişlər ki, peyğəmbərimiz Məhəmməd (s) vəfatından sonra da diridir və ümmətinin yаxşı əməllərinə sevinir. Peyğəmbərlərin bədənləri çürümür". Beyhəqi "Əl-Etiqad" əsərində yazır: "Peyğəmbərlərin (ә) ruhları bədənlərindən çıxdıqdan sonra yenidən qayıdır. Onlar şəhidlər kimi Allah dərgahında diridirlər. Bizim peyğəmbərimiz (s) merac zamanı bir çox peyğəmbəri görmüşdür. Biz peyğəmbərlərin ölümdən sonrakı həyatını isbat etmək üçün kitab yazan yeganə şəxsik". Səmhudi qeyd olunanlardan əlavə yazır: "Peyğəmbərlərin ölümdən sonrakı həyatı Peyğəmbərin (s) bu hədisi ilə sübuta yetir: "Həzrət İsa (ә) Həccə və ya Ümrəyə getmək məqsədilə Mədinədən keçirdi. Mənə salam edirdisə, salamını alırdım".

İstinadlar

[redaktə]
  1. Vəhhabilərin bu kimi fətvalara əl atdıqlarını gördükdə belə bir sual haqqında düşünməli oluruq; Nə üçün vəhhabilər, hətta öz dörd məzəhəblərindən kənara çıxaraq sözü gedən fətvalara əl atırlar?
    Bu sualın qısa cavabı budur ki, onlar elm və ictihad qapısının bağlanması fikrini rədd edir və məşhur dörd məzhəbə sadiq qalacaqlarına məcbur olmadıqlarını hesab edirlər. Onlar özlərini sələfi hənbəli adlandırmalarına baxmayaraq, bu məzhəbə əks fətvalar verirlər. İbn Əbdül-Vəhhabla eyni dövrdə yaşamış Məhəmməd ibn İsmayıl "Təthirül-etiqad" risaləsində yazır: "Dörd məzhəbin fəqihləri məlum dörd nəfərdən sonra (Əbu Hənifə, Şafei, Maliki, Hənbəli) çıxış yolunu "ictihadda" gördülər". Məhəmməd ibn İsmayıl tərəfindən irəli sürülən bu fikir yanlış və olduqca savadsız fikirdir. İbn Əbdül-Vəhhabın nəvələrindən olan Məhəmməd ibn Əbdül-Lətif yazır. "Bizim məzhəbimiz Əhməd ibn Hənbəlin məzhəbidir. Biz ictihad iddiasında deyilik. Peyğəmbərin (s) sünnəsinin düzgünlüyünə əmin olduqda ona düzgün şəkildə əməl edir və heç bir kəsin sözünü və ya atdığı addımı ondan önə keçirmirik". Azacıq diqqət yetirdikdə onun bu sözü deməklə ictihad iddiasında olduğu aydınlaşır. Çünki onların əldə etdikləri sünnəni ya şəxsən Peyğəmbərin (s) özündən, о həzrətin dilindən eşitmişlər, yаxud da mütavatir şəkildə nəql edilmişdir. Əgər mütəvatir şəkildə nəql olunubsa, necə olur ki, başqalarına məxfi qalmış və məhz sizə gəlib çatmışdır. Təbii ki, bu qeyri-mümkündür. Əgər zənn, güman yolu ilə əldə olunmuş olsa, bu zənnin, gümanın hədisin sənədində, yаxud da ifadə etdiyi mənada olmasından asılı olmayaraq, hər halda gümana əsaslanır və ona əməl etmək Allah tərəfindən qadağan olunmuşdur. Təbii ki, zənnə, gümana əsaslanan hədisin elmi baxımdan heç bir dəyəri yоxdur və elə buna görə də ictihada əsaslanmalı və ictihadla nəticələnməlidir. Belə olan halda nə üçün siz nəss qarşısına ictihadla çıxırsınız? Hansı ki, onun heç bir elmi dəyəri yоxdur.

  2. Zumər, 3.
  3. Şəfaətin mahiyyəti, əslində, şəfaət olunmaq istəyən şəxsin ləyaqətinin, qabiliyyətinin tamamlanması, lazımi səviyyəyə yüksəlməsindən ibarətdir. Yəni şəfaətçi elə bir iş görür ki, şəfaət olunmaq istəyən şəxsin nöqsanlılığı sıfra enir və lazımi şəkildə təkmilləşir. Ağlın hökmünə görə kamil olmayan hər hansısa bir varlıq tam kamil mənbədən bəhrələnməli və təkmilləşməlidir. Əgər bu təkmilləşmə prosesi üçün kifayət qədər qabiliyyətə malik deyilsə, müxtəlif vasitələrlə bu qabiliyyət və istedada yiyələnməlidir. Bu heç bir qanuna nəinki zidd deyil, əksinə ağlın gəldiyi qənaətin tələbidir. Başqa sözlə, şəfaətin mənası bu deyil ki, kimsə nöqsanlı vəziyyətdə və heç bir şərtin mövcud olmadığı halda onun üçün edilən şəfaət qəbul olunacaq, əksinə şəfaət, günahkar şəxsin, özünü təkmilləşdirməsi, islah etməsi və bu yolla haqqında görüləcәk cəza tədbirini aradan qaldırılması deməkdir. Məsələn, "istisqa" namazı (quraqlıq zamanı yağış yağması üçün qılınan namaz) qılındıqdan sonra yağışın yağması havada heç bir dəyişiklik aparmadan baş vermir, əksinə öncə Allah-təala yağışın yağma səbəblərini meydana gətirir, sonra isə təbii yolla yağış yağır. Misal üçün küləyə buludu (quraqlıqdan) od tutub yanan istiqamətə aparması göstərişini verir:

    ﴾ بَلَدٍ مَّيِّتٍ وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَى ﴿
    "Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (о buludları) quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik" (Fatir, 9).

  4. Burada belə bir sual ətrafında düşünməli oluruq:
    Yalnız şəfaətçi ehtiramının, onun təsir qüvvəsinin şəfaət olunmaq arzusunda olan nöqsanlı vasitə ilə birgələşməsi şəfaətin qəbul olunması üçün yetərlidirmi?
    Cavab: О şəxsi şəfaət etmək Allah-təalanın rizayətini cəlb edə bilər ki, onun etiqadı ümumi din xəttindən çıxmasın. Amma etiqadı, dinə bağlılığı Allahın rizayətini cəlb etməyən şəxs (ayədə qeyd olunan "küfr" sözü buna misaldır; ﴾ وَلَا يَرْضَى لِعِبَادِهِ الْكُفْرَ ﴿ Zumər, 7) olsa, heç bir zaman şəfaət olunmaz. Allahın razılığı olan din İslam dinidir; ﴾ إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ ﴿ (Аli-İmran, 19). Deməli, şəfaət olunmaq istəyən insan dinə inanır, lakin əməlisaleh deyilsə, о zaman şəfaət oluna yəni bağışlana bilər.

  5. Furqan, 70.
  6. Furqan, 23.
  7. Zumər, 53. Dünyada ən təsirli şəfaətçi tövbədir. Çünki dünyada mövcud olan peyğəmbərlər, mələklər və s. bu kimi digər şəfaətçilərin təsir dairəsi şirki çıxmaq şərti ilə qalan bütün günahları əhatə edir və Yalnız günaha bulaşmış müsəlmanlara aid olur. Belə ki, Qur’anda tövbə surəsində (ayə 113) buyurulur:
    ﴾ مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُواْ أَن يَسْتَغْفِرُواْ لِلْمُشْرِكِينَ ﴿
    "Peyğəmbərə və iman gətirənlərə müşriklər üçün bağışlanma diləmək yaraşmaz!"
    Nəhcül-bəlağədə isə (hikmət, 371) deyilir: لا شفيع انجح من التوبة
    Əlbəttə, qeyd etmək lazımdır ki, peyğəmbərlər, mələklər və s. şəfaətçilərin tövbə ilə fərqi tövbənin şəfaətinin Yalnız dünyaya, onların şəfaətinin isə həm dünyaya, həm də ахirətə aid olmasındadır. Bu haqda Qur’anda buyurulur:
    ﴾ وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الآنَ وَلاَ الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ﴿
    "Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz" (Nisa, 18).
    اليوم عمل ولا حساب وغدا حساب ولا عمل
    (Biharul-ənvar, c. 84).
  8. Hədid, 22.
  9. Maidə, 9.
  10. Maidə, 16. واعلموا انه شافع مشفع وقائل مصدق وانه من شفع له القرآن ويوم القيمة شفيع فيه ومن محل به القرآن يوم القيامة صدق عليه "Bilin ki, Qur’an, şəfaəti qəbul olunan şəfaətçi, sözü dinlənilən, eşidilən sözçüdür. Qiyamət günü, Qur’an, kimin üçün şəfaət etsə, şəfaəti qəbul ediləcәk, kimdən şikayət etsə, kimin əleyhinə şahidlik etsə, qəbul olunacaq (Nəhcül-bəlağə, xütbə. 185).
  11. Nisa, 64.
  12. Ğafir, 7.
  13. Şura, 5.
  14. Bəqərə, 286.
  15. Әnbiyа, 26.
  16. Әnbiya, 28.
  17. Nəcm, 26.
  18. Zuxruf, 86.
  19. Vəhhabilər şəfaətin əqli baxımdan qeyri-mümkün olduğunu iddia edir və şəfaət məsələsinə bir neçə irad edirlər. Mərhum Əllamə Təbatəbai belə iradların səkkizini qeyd etmiş və tutarlı cavablarla rədd etmişdir. Bu iradların bir neçəsinə nəzər salaq:
    Birinci irad: Günahkarı şəfaət etmək onun üçün nəzərdə tutulan cəzanı aradan qaldırmaq deməkdir. Əgər nəzərdə tutulan cəzanın götürülməsi ədalətdirsə, deməli, cəza zülmdür. Əgər cəza zülmdürsə, deməli, bəzi peyğəmbərlərin öz ümmətləri üçün cəza istəmələri də zülmdür. Başqa sözlə desək, cəza ya zülmdür, ya ədalət. Əgər zülmdürsə, Allah tərəfindən hər hansı bir günahkar üçün cəza tədbirinin nəzərdə tutulması (və ya icrası) da zülmdür. Halbuki Allah-təala heç kimə zülm etmir. ﴾ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا ﴿ (Kəhf, 49). Əgər cəza tədbirinin aradan qaldırılması zülmdürsə, deməli, cəza tədbirinin mövcudluğu ədalətdir. Əgər cəzanın mövcudluğu ədalətdirsə, belə olan halda şəfaətə nə ehtiyac var?
    Cavab: Mərhum Əllamə bu irada cavab olaraq yazır: "Cəza tədbirinin aradan qaldırılması hökmü cəzalandırılmaq kimi qeyd olunan birinci hökmə zidd (kontradiktor) hökm deyil. Əksinə, günahkar, cəzalandırılma anlayışının əhatəsindən хaric edilərək Allahın rəhmətinə daхil olur. Burada heç bir hökmün istisna edildiyindən söhbət gedə bilməz".
    Başqa sözlə desək, cəza tədbirinin aradan qaldırılması ədalətdir, yаxud zülm "təqsimi" (ayırıcı, dizyuktiv) hökmündə qarşı-qarşıya qoyulan ədalət və zülm anlayışları "zidd" (kontradiktor) münasibətdə olan anlayışlar deyil. Elə buna görə də "üçüncünü istisna qanunu"nun əhatə dairəsindən хaricdir. Bu "təqsimi" (ayırıcı, dizyuktiv) hökmdə özünə yer alan ədalət və zülm anlayışları (iqrarilik və inkarilik etibarilə) "əks" (kontrar) münasibətdə olan anlayışlardır. Məhz elə buna görə də hər ikisinin eyni zamanda həqiqi deyil, yalan olması mümkündür. Çünki cəza tədbirinin aradan qaldırılması ədalət və zülmdən fərqli olaraq bir növ fəzilət və mərhəmət ola bilər. Belə olduqda nə ədalət, nə də zülm həqiqi olmur, nəticədə isə cəza tədbirinin aradan qaldırılması ədalətdən bir pillə yuxarıda duran fəzilət qismində çıxış edir və zülm anlayışının da əhatəsindən хaric olur.
    İkinci irad: Şəfaət, Allah-taalanın (yaradılışda nəzərdə tutduğu) qayda-qanunların pozulmasına gətirib çıxarır. Belə ki, Allah-taala icra edilməsi üçün hər hansı bir qanun nəzərdə tutmuş və həmin qanun pozulduqda qanun pozuntusuna yol verən kimsənin cəzalandırılması qaçılmazdır. Bu, Allahın nəzərdə tutduğu və Qur’anın heç bir zaman dəyişmədiyini buyurduğu ﴾ وَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا ﴿ (Ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan! (Fatir, 43) ilahi qayda-qanundur. Halbuki, şəfaət bu ilahi qayda-qanuna qarşıdır.
    Cavab: Əllamə Təbətəbai bu irada cavab olaraq Peyğəmbərdən (s) nəql olunan bir hədisə istinad edir. Hədisdə deyilir: "یأبی الله أن یجری الأمور إلا بأسبابها" "Allah-taala hər bir işi yalnız onun səbəblərinə müvafiq olaraq həyata keçirir". Hədisdən alınan nəticəyə görə, Allah-taalanın cəza tədbiri görməsinin müxtəlif səbəbləri ola bilər. Qanun pozuntusu bu səbəblərin yalnız biridir (Deməli, şəfaət digər səbəbləri aradan qaldıraraq cəza tədbirinin götürülməsinə səbəb ola bilər).
    Bundan başqa vəhhabilərin bu istinadı əqli baxımdan yanlışdır. Çünki ayədə ilahi qayda-qanunların dəyişməzliyindən söhbət gedir. Lakin şəfaətin qəbul olunmasının ilahi qayda-qanunun pozulması olub-olmadığı məlum ayədə göstərilmir. Başqa sözlə desək, Allah-taalanın daim ədaləti ilə davranması, mərhəmət və mehribanlıq atributları olmaması fikri tamamilə yanlışdır. Bütün dəlillər bu fikrin əleyhinədir. Çünki başlıca ilahi qayda-qanunların biri Allah-taalanın (bəndələri ilə) daim öz atributlarına müvafiq şəkildə davranmasıdır. Ədalət anlayışının ilahi atribut olduğu kimi, mərhəmət, mehribanlıq, bağışlama və s. anlayışlar da başlıca ilahi atributlardandır.
    Üçüncü irad: Bu irad Rəşid Rzanın "əl-Mənar" əsərində qeyd edilmişdir. О yazır: Adi həyatda hər hansı bir dövlət nümayəndəsinə bir cinayətkar üçün şəfaət edildikdə və о, ədalətsiz olduqda hakim qanunları deyil, şəxsi əlaqələri nəzərə alır və buna müvafiq şəkildə əməl edir. Belə olan halda müxtəlif sübutlar gətirərək onun fikrini də dəyişmək olar, sırf dostluq əlaqələrini də nəzərə çatdırıb duyğularını da dəyişmək olar. Əgər həmin dövlət nümayəndəsi ədalətlidirsə, yalnız onun fikrini dəyişmək mümkündür, duyğularını digər istiqamətə yönəltmək təbii ki, mümkün deyil. Halbuki, bu iki halın hər biri Allaha nisbətdə yanlışdır. Çünki bu yalnız Allahın iradəsini dəyişməklə həyata keçə bilər, hansı ki, Allahın iradəsini dəyişmək heç bir şəkildə mümkün deyil.
    Cavab: Allah-taalanın elm atributundan (sifətindən) söhbət açdıqda iki növ elmi qeyd etmək lazımdır: Zati (substansional, zatının gərəyi, zərurəti olan əzəli) elm və qeyri-zati, Allah-taalanın zatı olmayıb ona əlavə olan, cüzi elm. Şəfaət Allahın əzəli elmində heç bir dəyişikliyәә səbəb olmur. Əksinə, Allahın zatı olmayan, ona əlavə olan, cüzi iradə və istəkləri dəyişir. Haqq-taalanın elmi əzəlidir və elə buna görə də (elmin özü deyil) bilinən tərəflər dəyişir. Allah-taala bilinən, məlum olan tərəflərin hansı şəkildə, necə dəyişdiyini bilir. Misal üçün, Allah-taala kiminsə hansısa müəyyən bir zaman kəsiyində dünyaya gəldiyini, təhsil aldığını və s. bilir. Bütün bunlar Allahın qeyri-zati, cüzi iradəsinə aid olan məsələlərdir və onun yeni mərhəməti, yeni işi hesab olunur. Qur’anda bu haqda: "О, hər gün bir işdədir" — deyə buyurulur (ər-Rəhman, 29). Şəfaət məsələsi də bu qəbildəndir. Yəni kiminsə nə vaxtsa şəfaət olunacağı Haqq-taalaya məlumdur, lakin bu heç də Onun əzəli iradəsinin dəyişməsi demək deyil.
    Dördüncü irad: Vəhhabilərin şəfaət tezisinə tutduqları iradların biri də günahkarların şəfaət olunduqları təqdirdə daha da cəsarətlənəcəkləri və günaha meyillənəcəkləridir (Belə olan təqdirdə təbii ki, məqsəd itir).
    Cavab: Mərhum Əllamə Təbatəbai bu irada cavab olaraq yazır:
    Birincisi, Allahın geniş mərhəməti haqqında söhbət açan çoxsaylı Qur’an ayələri bu iradı istisna edərək sıradan çıxarır. Çünki Qur’an ayələrində Allah-taalanın bütün günahları bağışlayаcağı haqqında xəbər verilir. Bu ümumi qaydadan Yalnız "şirk" (Allaha şərik qoşmaq) istisnadır və о, yalnız özünə məxsus tövbə ilə bağışlanıla bilər.
    İkincisi, bunun həll yolu mövcuddur. Çünki Şəfaət yalnız aşağıdakı şərtlər olduğu zaman günahkarın cəsarətlənməsinə gətirib çıxara bilər.
    1. Günahkarın adının və ya mühüm əlamətlərinin, xüsusiyyətlərinin müəyyən edildiyi zaman, yаxud da şəfaət vasitəsilə bağışlanacaq günahın müəyyən edildiyi zaman. 2. Şəfaətin istisnasız olaraq, bütün hallarda hər bir günahın bağışlanmasına təsir göstərəcəyi zaman.
    Bu iki şərtin heç biri şəfaət müddəasında mövcud deyil. Elə buna görə də irad mövzudan хaricdir.
    Daha aydın şəkildə desək, Allah-taala, nə hər günahın və ya hər günahkarın şəfaətlə bağışlanacağını (ümumi iqrari şəkildə) bildirmiş, nə şəfaət vasitəsilə bağışlanacaq günahın mühüm əlamətləri -xüsusiyyətləri haqqında məlumat vermiş, nə də bu yolla bağışlanacaq şəxslərin cizgilərini çəkmişdir. Əksinə, sözügedən bütün hallarda qısa (xüsusi iqrari) şəkildə söhbət açmışdır. Bu növ şəfaət nəinki günahkarı cəsarətləndirmir, əksinə onu acı keçmişindən ibrət almağa, özünü islah etməyə sövq edir və insanı daim qorxu ilə ümid arasında saxlayır. "Mәani əl-әxbar" (səh, 112) və "Biharul-ənvar"da (c. 86, səh. 176) İbn Babəveyhin həzrət Əlidən (ә) nəql etdiyi bir hədis qeyd edilmişdir. Hədisdə deyilir: "Allah-taala bir neçə şeyi, başqa bir neçə şeydə gizlətmişdir:
    1. Qəzəbini günahlarda gizlətmişdir. Elə buna görə də insan günahdan çəkinməli, heç bir günahı yüngül, kiçik hesab etməməlidir. Çünki Allahın insanı hansı günahlarına görə cəzalandıracağını bilmir. Ola bilər ki, onun etdiyi günah daha ağır cəzaya məhkum olan günahlardan olsun.
    2. Allah-taala öz məhəbbətini, razılığını ibadətlərdə gizlətmişdir. Yəni hansı ibadətin Allah tərəfindən qəbul ediləcәyi məlum deyil. Ona görə də heç bir ibadətə, istər vacib, istərsə də müstəhəb ibadətlərə səhlənkarlıqla yanaşmaq olmaz. Çünki hansının Allahın rizayətini cəlb edəcәyini bilmirik.
    3. Öz dostunu (milyonlarla tanınmaz) insanların arasında gizlətmişdir. Yəni onun dostunun kim olduğu, hansı geyimdə olduğu məlum deyil. Ona görə də heç kimin digərini təhqir etməyə, şəxsiyyətini alçaltmağa haqqı yоxdur. Çünki təhqir olunan adamın Allah dostu olmadığı məlum deyil.
    4. Qəbul etməsini dualar arasında gizlətmişdir. Deməli, dua etməyə səhlənkarlıq etmək olmaz. Çünki bizim heç bir əhəmiyyət vermədiyimiz dua qəbul oluna bilər.
    Bu növ müəyyən tərəfləri məxfi olan şəfaət nəinki günahkarı cəsarətləndirmir, əksinə insana ümid verir, istiqamət verir, onu ümid və qorxu arasında, daim normal vəziyyətdə saxlayır.

  20. Hədid, 19.
  21. Nisa, 85.
  22. Әt-Təfsir əl-Kəbir, c. 1, səh. 22.
  23. Hədis kitablarında "şəfaət" sözünün dua mənasında işlədildiyinə tez-tez rast gəlirik. "Səhih-Buxari"də iki fəsildə "Müsəlmanların imamdan istəyi" və "Müşriklərin müsəlmanlardan istəyi" fəsillərində şəfaət sözündən istifadə olunmuşdur:
    1. اذا استشفعوا الي الامام ليستسقي لهم لم يردهم
    "Camat imamdan yağış yağmağı üçün şəfaət diləsələr (dua etməsini istəsələr) onlara rədd cavabı verməməlidir".
    2اذا ستشفع المشركون با لمسليمين عن القحط
    "Müşriklərin qıtlıq zamanı müsəlmanlardan şəfaət istədikləri vaxt".

  24. Әsləminin nəql etdiyinə görə, həzrət Peyğəmbər (s) üzünü Kəbəyə tutaraq buyurdu: "Ehtiram baxımından səndən üstün olanı yоxdur. Lakin Allah yanında möminin ehtiramı səndən də çoxdur" (Sünəni-Tirmizi, c. 4, səh.378).
  25. Ğafir,7–9.
  26. Әt-Təfsir əl-Kəbir, c.7. səh, 32.
  27. Аllah-təala Məhəmməd surəsinin 19-cu ayəsində həzrət Peyğəmbərə (s) göstəriş verərək buyurur:
    ﴾ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ﴿
    "(Ondan) həm öz günahlarının, həm də mö’min kişilərin və qadınların bağışlanmasını dilə".
    Belə bir göstərişin Nuh surəsinin 27-ci ayəsində həzrət Nuh (ә) tərəfindən həyata keçirildiyinin də şahidi oluruq:
    ﴾ رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ﴿
    "Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yаxud məscidimə) mö’min kimi daхil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mö’min kişiləri və qadınları bağışla".