Məzmuna keç

Var (Əsli-müəmmanın bəhsi momuda)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 173

Əsli-müəmmanın bəhsi momuda,
Taptap aləmində nə hikməti var?
Zikr elə mərmərə, əsli-şohuda,
De, o şux kəlmənin nə qüdrəti var?

Şəhabi-ləbyəzə, külli-kainat,
Tohuru cəm aləm səmiyyən nicat.
Eynül ədəb hami, sirri-xəfiyyat,
Verəsən cavabın, nə nüsrəti var.

Qatilül zad külli-fəsad fəsada,
Hüsini, tosini səhni-səhrada.
Açmayan kəlməni qəlli-ustada
Qoymuşam boynunda çox minnəti var.

Biçarə İmanın yoxdu idarası,
Qitətil məsrakin rəsil əcası.
Nahidi-məcmərə yəl-yəl mənası,
Coş edir sinəmdə, nə firqəti var.