Var (qoşma, Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Var Müəllif: Növrəs İman |
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Yaralı gəlmişəm fani dünyaya,
Mənim sağalmağa dərmanımmı var?
Əzrayil gələcək canım almağa,
Onu verməməyə fərmanımmı var?
Sana qurban olum, a mehribanım,
Bu qəmü möhnətə necə dayanım?
Kim bilə dərdimi, kim kəsə yanım
Mənim Ələsgərim, Qurbanımmı var?
Mənim ahım ərzü səmanı tutar,
Sən məni eylədin Sənandan betər.
Bu hicran odundan İmanı qurtar,
Yolunda sadağa bir canımmı var?