Məzmuna keç

Var mənim (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Mənim
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.95

Dolandım cahanı həsrət, intizar,
Əli kimi şahsuvarım var mənim.
Dilimdə kalami-həqqi-kirdigar,
Açılıbdı, dürr bazarım var mənim.

Yusifi-Misridən eşqim ziyada,
Nə Məcnun, nə Kərəm gəlmirmi yada?
Yetim, Lələ, Sənan, cavan Fərhada,
Onlardan istəkli yarım var mənim.

Bağban olan bağça-barın axtarır,
Namüsü qeyrətin, arın axtarır.
Səyyadı İmanın darın axtarır,
Bu saatda yaxşı karım var mənim.