Vikimənbə:Günün mətni/İyun 17

Vikimənbə saytından

Qəribə bir hekayə
O. Henri

Austinin şimalında bir vaxtlar namuslu bir Smoders ailəsi yaşayırdı. Con Smodersin ailəsi arvadından, beş yaşındakı balaca qızından və onun valideynlərindən ibarət idi. Kəndin rəsmi siyahıyaalmasında ailə altı nəfərdən ibarət olsa da əslində isə onlar üç nəfər idilər.
Bir axşam şam yeməyindən sonra balaca qız şiddətli bir mədə sancısıyla qıvranmağa başladı. Con Smoders tez vaxt itirmədən evdən çıxıb kəndə dərman almağa getdi. Amma o, bir də heç vaxt geri qayıtmadı.
Balaca qız bir müddət keçəndən sonra sağaldı, sonra da büyüyüb gözəl bir gənc qadın oldu.
Ana illərlə yoxa çıxan əri üçün çoxlu göz yaşı tökdü. Amma üç ay əvvəl evlənib San-Antonio kəndində yerləşdi.
Bir müddət sonra balaca qız da evləndi və aradan illər keçdikdən sonra balaca qızın da qızı gəlib beş yaşına çatdı.
Gənc qadın isə hələ də atasının onları tərk edib və bir də heç vaxt geri qayıtmadığı evdə yaşayırdı.