Məzmuna keç

Vikimənbə:Günün mətni/avqust 29

Vikimənbə saytından

Gəldi
Aşıq Bəsti

Göz dikmişdim ağ buluda,
Yağa-yağa qara gəldi.
Səhər burdan qalxan duman
Qayıtdı, dağlara gəldi.

Ey xudaya, nə gərdişdi,
Uzaqlara şimşək düşdü.
Can üşüdü, tük ürpəşdi,
Könül ahü-zara gəldi.

Ağçmqıldan endi sürü,
Boş qaldı dağların səri,
Bəsti deyir: bir bax bəri,
Xançobanım hara gəldi?