Vikimənbə:Günün mətni/dekabr 10
İnsan Hüquqları Haqqında Bəyannamə
BMT
Bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissinin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq,
insan hüquqlarına etinasızlıq və nifrətin bəşəriyyəti dəhşətə gətirən barbarizm hərəkətlərinə səbəb oldu ğunu və insanların söz və etiqad azadlı ğına malik, qorxu və ehtiyacdan azad olduqları dünyanın yaradılmasının bəşəriyyətin ən ali ishtəyi oldu ğunu nəzərə alaraq,
insanın son vasitə kimi istibdad və zülmə qarşı qiyama qalxma ğa məcbur olmamasını təmin etmək üçün insan hüquqlarının qanunun hakimiyyəti ilə müdafiə olunmasının zəruriliyini nəzərə alaraq,
xalqlar arasında mehriban münasibətlərin inkişafını dəstəkləməyin vacibliyini nəzərə alaraq,
Birləşmiş Millətlərin xalqlarının BMT Nizamnaməsində əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların hüquq bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha geniş azadlıq şəraitində sosial tərəqqi və həyat şəraitinin yaxşılaşdırılmasına yardım etməyi qət etdiklərini nəzərə alaraq,
üzv dövlətlərin BMT ilə əməkdaşlıq şəraitində insan hüquqlarına və əsas azadlıqlara ümumi hörmət və onlara əməl olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərə alaraq,
bu hüquq və azadlıqların xarakterinin tam şəkildə dərk olunmasının həmin öhdəliyin hərtərəfli yerinə yetirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq,
BMT Baş Assambleyası
İnsan hüquqları Haqqında Ümumi Bəyannaməni, hər bir kəsin və cəmiyyətin hər bir orqanının bu Bəyannaməni rəhbər tutaraq maarifçilik və tədris yolu ilə həmin hüquq və azadlıqlara hörmət olunmasına yardım etməsi və milli və beynəlxalq səviyyədə tərəqqipərvər tədbirlər yolu ilə, həm təşkilatın üzvü olan xalqları, həm də onların yurisdiksiyası altında olan ərazilərin xalqları arasında ümumilikdə və effektiv tanınması və həyata keçirilməsinə səy göstərmələri məqsədilə bütün xalqlar və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vəzifə kimi bəyan edir.