Vikimənbə:Günün mətni/dekabr 18
Görünüş
Zeydin İbn Səlamın ölüm xəbərini gətirməsi
Nizami Gəncəvi
Bu gözəl dastanı bizə nəql edən,
O iliyə qədər çürümüş bədən
Dedi ki: canandan uzaq düşən Zeyd,
Qəlbinin başında min ağrı, min qeyd,
Səbr ilə udardı bu ağır dərdi,
Yazıq su yerinə qanlar içərdi.
Onun bu sirrinə bələd qohumlar
Bir çarə tapmağı vermişdi qərar.
Zorla alınmışdı o sevdiyi yar,
Zeydə yoldaşları kömək durdular.
Səbriylə gəldi Zeyd o dərdə üstün,
İşinin düyümü açıldı bir gün.
Aşkar olmasa da, gizli, bir təhər
Zeyd ilə o Zeynəb görüşürdülər.
O, canan yanına getdikcə az-az,
Qəlbin aynasından silinirdi pas.
O təzə qönçəylə görüşən zaman
Açıb söyləyirdi dərdini pünhan.
Mehribanlıq dolu şirin dodaqlar
Gizli nəvazişlər elərdi izhar.