Vikimənbə:Günün mətni/dekabr 2

Vikimənbə saytından
Jump to navigation Jump to search

Atasının ölümündən Məcnunun xəbər tutması
Nizami Gəncəvi

Bir gün, təsadüfən, doğanda səhər
Şikara gedirdi çölə bir nəfər.
Məcnun Nəcd dağına çıxıb durmuşdu,
Tacda inci kimi tək oturmuşdu.
Yolçu yol üstündə şirə göz atdı,
Qılınc tək dilini ona uzatdı.
Yasa batmış kimi soruşdu ondan:
"Ey evdən, eşikdən didərgin insan,
Leylidir gəzdiyin dünyada ancaq,
Bir öz ətrafından almırsan soraq.
Yadından çıxmışdır atayla ana.
Həyasız adamsan, eyb olsun sana.
Sənin tək bir oğul girsin yerlərə.
Naxələf olmaqdan əl çək bir kərə.
Tutaq ki, ömrünün cavan vaxtı sən
Qaçdın öz atandan, o kimsəsizdən
İndi ki, ölmüşdür o yazıq atan.

Ardını oxu...