Vikimənbə:Günün mətni/dekabr 23

Vikimənbə saytından

Bağdadlı Səlamın ikinci dəfə Məcnunun görüşünə gəlməsi
Nizami Gəncəvi

Verir bu tarixi yazan bir nəfər
Ərəb məxəzindən belə bir xəbər;
Səlam o aşiqin ziyarətinə
Gəlmək xəyalinə düşmüşdü yenə.
Qalxıb yol getməyə üz qoydu Səlam,
Bir ay dağı, daşı dolaşdı tamam
Atını hər yana sürdü bir zaman,
Axtarıb tapmadı ondan bir nişan.
Axır bir dərədə rast gəldi ona
Daşdan ayaqları qabar Məcnuna.
Halı dəyişmişdi onun büsbütün,
Tamam qol-qanadı sınmışdı o gün,
Bir neştər olduqca hər ötən tikən,
Könül yarasıyla dolmuşdu bədən.
Zavallı, Səlamı gördüyü zaman
Sordu: "Ey cavanmərd, söylə, hardansan?"
Səlam: "Mənəm - dadi, gəlmişəm xəstə,
Səninçin qalmışdır gözüm yol üstə"