Vikimənbə:Günün mətni/dekabr 30
Görünüş
Başını top eyləgil, gir vəhdətin meydanına
Nəsimi
Başını top eyləgil, gir vəhdətin meydanına,
Ey könül, müştaq isən gər zülfünün çövkanına.
Aşiqin qanilə oynar dilbərin simin əli,
Ey yalançı aşiq, əbsəm, girmə canın qanına.
Çəkməyən eşqin bəlasın, görməyən hicrin qəmin,
Dərdi dərmansızdır anın, çarə yox dərmanına.
Canını qurban edəndir yar içün gerçək şəhid,
Səd həzaran rəhmət olsun ol şəhidin canına.
Zülfünün sirrin nə bilsin zahid, anı sor mana,
Gər əsir olmaq dilərsən zülfi-canəfşanına.