Vikimənbə:Günün mətni/dekabr 31

Vikimənbə saytından
Jump to navigation Jump to search

Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi
Heydər Əliyev

Əziz həmvətənlər! Hörmətli nümayəndələr, qonaqlar! Hörmətli xanımlar və cənablar! Sizi Dünya azərbaycanlılarının 1 qurultayının açılışı münasibətilə səmimi qəlbdən təbrik edirəm, qurultayın işinə uğurlar diləyirəm. Dünya azərbaycanlılarının 1 qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisədir. Bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycan icmalarının nümayəndələri İlk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşmışlar və özlərinin1 qurultayını keçirirlər. Dünya azərbaycanlılarının 1 qurultayının keçirilməsi haqqında qəbul etdiyimiz qərara səs verdiklərinə görə və bu qurultayda iştirak etmək üçün Azərbaycana, Bakıya gəldiklərinə görə bütün nümayəndələrə, qonaqlara, onların təmsil etdikləri müxtəlif ölkələrdə olan Azərbaycan icmalarına təşəkkür edirəm.

Ardını oxu...