Vikimənbə:Günün mətni/dekabr 6
Görünüş
Leylinin məktubunun Məcnuna yetişməsi
Nizami Gəncəvi
Parladı aləmə günəşin üzü,
Ondan aydın olsun hamının gözü.
Behiştdən doğmuşdu o gözəl səhər,
İsa nəfəsliydi əsən küləklər...
İşi düz gətirən hər məsud insan,
Sağ əli üstündə qalxdı yuxudan.
Tale usanmışdı acıqdan o vaxt,
Qayıdıb gəlmişdi gec olsa da vaxt.,.
Öz qəlbini əkib, ciyərni biçən,
Min bir məşəqqətin suyundan içən
Məcnun vəhşilərlə dağda durmuşdu
Onların içində tək oturmuşdu.
Səhradan kənarda, nəzərdən uzaq
Qalxdı dağa tərəf tünd bir tozanaq.
O toz pərdəsinin ardınca gələn
Bir atlı üzünü göstərdi birdən.
Bir nur parçasıydı o gələn insan,
Bir az yaxınlaşıb düşdü atından.
Məcnun duydu onun dost olduğunu,
Nəcib bir insana oxşatdı onu.