Məzmuna keç

Vikimənbə:Günün mətni/fevral 8

Vikimənbə saytından

Puşkinin ölümünə Şərq poeması
Mirzə Fətəli Axundzadə

Gecə etdim uyqumu gözümdən kənar,
Sordum:
«Ey sirr çeşməsi – ürəyim, nə var?
Nədən ötməz bağçanın şeyda bülbülü,
Nədən qılmaz nitqinin tutisi göftar?
Şeir yolun, söz yolun yoxsa kəsilmiş,
Hanı xəyal qasidin o yünkül çapar?
Yaz gəlmiş; hər tərəfdə çəmən qızları,
Bəzənib, camalını etmiş aşikar.
Çevrilmiş çayır, çəmən bənöşəliklə
Baqda odlu qönçələr açmış budaqlar,
Çöl gəlini bəzənmiş; dağlar onunçun
Ətək-tək çiçəkdən çəvahir saçar.
Başına taç qoyub da şükufələrdən,
Oturmuş ağacların şahı pürvüqar.
Süsən, zanbaq içirlər jalə şərabdan
Lalə qədəhlərində təkrar... təkrar...
Göy çəməni yasəmən öylə donatmış,
Nərgizin süzgün gözü baxsa qamaşar.