Vikimənbə:Günün mətni/iyul 15
Görünüş
Olmaz
Aşıq Abbas Dəhri
Heyif deyil çuğul gələ bac ala,
Bir adam ki, gözü, könlü ac ola,
Ya bir divar binasından kəc ola,
Başı ərşə qalxsa, dibi düz olmaz.
Əsli olan əsli-kökün itirməz,
Qabaq tağı tər şamama yetirməz,
Peyvənd vursan söyüd meyvə gətirməz,
Göy söyüddə heyva olmaz, nar olmaz.
Aşıq yerişində işvə-naz olmaz,
Toyuq uçmaq ilə gəlib qaz olmaz,
Abbas ölməyinən aşıq azalmaz,
Ustadların sazı, sözü xar olmaz.