Vikimənbə:Günün mətni/iyul 18

Vikimənbə saytından

Başına dolandığım
Xəstə Qasım

 
Yaxşı olar qohum, qardaş,
El, başına dolandığım.
Harda körsən, yara yalvar,
Dil, başına dolandığım.

Budu gəldi bahar vaxtı,
Siməm oldu yarın taxtı,
Soyuldu bulbülün rəxti
Gül, başına dolandığım.

Qaşların qurar divanı,
Taxtdan salar Süleymanı,
Xəstə Qasımın cananı,
Al, başına dolandığım.