Vikimənbə:Günün mətni/iyul 4

Vikimənbə saytından

Nazlı yar
Molla Nəfəs

 
Qara saçın gecə deyib yuxlaram
Gündüz imiş arzumanım, nazlı yar.
Səba-səhər vaxtı deyib çağlaram
Gözüm açsam arzumanım, nazlı yar.

Gəl, görüşsən kəramətli qolundan,
Aylanayın dəhanından, dilindən,
Qəhər etmə qolum salsam belindən
Atəşgahı şən, suzanım, nazlı yar.

Tərifin eşitdim qara gözünün,
Gedasıyam dostum, gülər üzünün,
Zibandan ayrılan hər bir sözünün,
Kesgil başım, mən qurbanın, nazlı yar.

Nəfəs deyər, eşqim həddən aşıbdı,
Tamaşana ulu ellər yığışıbdı,
Gözüm açsam, ayım-günüm yaşıbdı,
Zindan oldu gen cahanım, nazlı yar...