Vikimənbə:Günün mətni/iyun 14

Vikimənbə saytından

Zülfün
Aşıq Qurbani

Gündüzün mehridi, gecәnin mahı,
Qüdrәt üçün sirri-ilahi zülfün.
Ucun tutan gedәr hәşri-behiştә,
Möminlәrin püştü, pәnahı zülfün.

Şәmsi mat eylәdi cәmalın şövqi,
Sәni görcәk artdı qәmәrin zövqi
Göydә mәlәklәrin sәndәn yox fәrqi,
Nurdan sәnә çәkmiş külahi zülfün.

Qurbani der: Gözüm, yuxudan oyan,
O min bir adı gәl etgilәn bәyan,
Sәrasәr yazılıb ayeyi-Quran,
Katiblәr şәrh edir, әnahi-zülfün.