Vikimənbə:Günün mətni/iyun 17
Görünüş
Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş
Məhəmməd Füzuli
Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş,
Nə çəkər aləm üçün qəm, nə bilər qəm nə imiş.
Bir pəri silsileyi-eşqinə düşdüm nagəh,
Şimdi bildim səbəbi-xilqəti-adəm nə imiş.
Vaiz ovsafi-cəhənnəm qılır ey əhli-vərə,
Var onun məclisinə, bil ki, cəhənnəm nə imiş.