Vikimənbə:Günün mətni/iyun 23
Görünüş
Bir ləhzə istəməm olasən dur, mən səni,
Gözdən-könüldən, ey gözimə nur, mən səni.
Sən bir süruri-dil, bana nurül’üyunsən,
Dünyadə həqq görim edə məsrur, mən səni.
Musa cəhanda uymaq içün Həqq civarınə
Bir dağ tapandə, tapmışdım Tur mən səni.
Bir bu qədər gər sən candən usandıdın,
Şadəm ki, bilməzəm gəh məqdur, mən səni.
Şöhrət edübsən aləmara bilmə hüsnidən,
Eşqimdən etmişəm beylə məşhur mən səni.
Əğyarə uymə xəlvət edüb faş söylərəm,
Səttarəm, etmişəm gözə məstur, mən səni.